Naftalanla müalicə

naftalan Naftalan  müalicə  amili  güclü  ağrıkəsici,   iltihabəleyhi,  damargenəldici,  allergiyaəleyhi,  hormonabənzər təsirlərə  malikdir, ovogenez, ovulyasiya  prosseslərini və  spermatogenezi  gücləndirir.
Naftalan vannaları üçün nativ (təbii) naftalandan  istifadə  olunur.  Vannada naftalanın istiliyi 37 -38*C - dir.  Vanna  qəbulu  müddəti - birinci vannada 8 dəqiqə, qalan vannaların qəbulu zamanı 10 dəqiqədir.
 İlk vannalar  günaşırı  təyin  olunur, qalan  vannalar 2-3 gün vanna, bir  gün  istirahət  günü  olmaqla  qəbul  edilir.
 Müalicə kursu 10-12  naftalan vannası təşkil edir.
 Naftalan  vannaları ümumi  naftalan  vannası , oturaq  naftalan  vannası  və aşağı  ətraflar  üçün  naftalan  vannası  şəklində  təyin  olunur .
  Ümumi  naftalan vannası – xəstə  vannada uzanır  , ürək  nahiyəsi   naftalandan  xaricdə  qalmalıdir .
 Oturaq   naftalan  vannası  - xəstə   qursağadək  naftalan  vannasının içərisində  oturur,  ehtiyac   olarsa    qollarını  da  dirsəyədək   vannaya salır .
 Aşağı  ətiraflar üçün  naftalan  vannası – xəstə xüsusi   oturacağın   üstündə  oturur,  ayaqlarını  dizdən  yuxarıyadək naftalan  vannasının icərisində  yerləşdirir.
  Vanna qəbulundan sonra  xəstə  naftalanın  qalığından təmizlənir  , xüsusi   kağızla  silinir  və  duş qəbul edir . Duşxanada  suyun  altına keçməzdən qabaq  hamam  lifini  isladıb  sabunlayıb quru  bədəni  liflə  sabunlamaq  lazımdır  , sonra  duşun  altına  keçib  yuyunmaq  lazımdır  , belə  olduqda  naftalan    bədəndən  asan    təmizlənir . Duşda  suyun istiliyi  38 – 39 oC  olmalıdır,  duş   qəbulu  müddəti   isə   15 – 20  dəqiqədən  artıq  olmamalıdır . Vanna qəbulundan  sonra  duş  qəbul  edərkən  başı  yumaq  məsləhət  deyil . Vanna qəbulundan sonra  xəstə 1 saatadək dincəlməlidir .
  Naftalan  müalicəsi  qəbul  edərkən,  adətən  birinci  - dördüncü  vanna  qəbulu  zamanı   balneoreaksiya baş  verir: xəstədə  ümumi  zəiflik, iştahasızlıq, yüngül baş ağrıları,  yuxusuzluq  və ya yuxululuq, bağırsaq   pozulması kimi ümumi əlamətlər və ağrıların   güclənməsi, dəri səpgiləri, ətrafların dərisində hemorragiyalar (göy ləkələr) kimi əlamətlər baş  verə bilər. Vanna qəbulu qaydalarına  düzgün əməl  etdikdə  bu  əlamətlər  müalicə  kursunun  sonunadək keçir.
  Balneoreaksiya baş verdikdə  müalicə həkiminə müraciət  etmək  lazımdır .
  Naftalan müalicəsinin   təsiri  müalicədən  sonraki  1,5 – 2 ay ərzində  davam  edir  və  bundan  sonra   stabil  effekt  alınır .
   Həmin  dövrdə  xəstələr özlərini  soyuqdan  və  fiziki  gərginlikdən  qorumalıdır.

 

 
Butun huquqlar qorunur © 2010. Mocuzeli Naftalan
AZ 4600, Azərbaycan Respublikası, Naftalan şəhəri,  Nizami Gəncəvi 20
“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi
Telefon:(+994255) 2-31-65; (+994255) 2-31-95
Faks     (+994255) 2-31-65
Direktor:(+99450) 314-36-68;  (+99455) 682-15-82
Baş həkim:      (+99450) 315-48-29
E-mail: info@az-naftalan.net; /   Skype: az-naftalan