Yerləşmə

naftalan"Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzi yataq korpusu, müayinə və müalicə kabinetləri, yeməkxana və digər (idman zalı – trenajor, namaz otağı, kompyuter otağı, kişi və qadın salonu və s.) xidmət sahələrini təklif edir.
Yataq korpusu 1, 2 , 3 adamlıq otaqlar və iki otaqlı iki adamlıq lüks otaqlardan ibarətdir. Otaqlarda müalicəyə gələnlərin məişət ehtiyaclarını ödəmək üçün hər cür şərait vardır.




Geniş və yaraşıqlı yeməkxanada gündə 3 dəfə xəstələrə azərbaycan və avropa mətbəxinin ləzzətli yeməkləri təqdim olunur.
Xəstələrin asudə vaxtlarının təşkili üçün namaz otağı, kitabxana, kompyuter otağı-internet, stolüstü tennis, bilyard, voleybol, basketbol, aeorosolyariya, qadın və kişi salonları fəaliyyət göstərir. Canlı musiqi ilə rəqs axşamları, bazar günləri respublikanın səfalı yerlərinə gəzintilər müalicəyə gələnlərin Naftalandan xoş təəssüratla ayrılmasına səbəb olur. 

 
Butun huquqlar qorunur © 2010. Mocuzeli Naftalan
AZ 4600, Azərbaycan Respublikası, Naftalan şəhəri,  Nizami Gəncəvi 20
“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi
Telefon:(+994255) 2-31-65; (+994255) 2-31-95
Faks     (+994255) 2-31-65
Direktor:(+99450) 314-36-68;  (+99455) 682-15-82
Baş həkim:      (+99450) 315-48-29
E-mail: info@az-naftalan.net; /   Skype: az-naftalan