Naftalan əfsanəsi

legendQərbdən Şərqə gedən ağır dəvə karvanı qədim Azərbaycan torpaqlarından keçirdi. Karvanın içərisində xəstə bir dəvə var idi. Karvan sahibi bu dəvəni sağaltmaq üçün nə etdisə də kar etmədi. Dəvə get - gedə zəifləyir və karvanı yolda ləngidirdi. İçərisində yağla dolu göllər olan bir ərazidən keçəndə karvan sahibi dəvəni açıb buraxdı və dedi :
 Bu heyvanın belə əziyyət çəkməsindənsə elə bu göllərin birində boğulub ölməsi yaxşıdır.
 Karvandan açılan dəvə sahibinin sözlərini başa düşürmüş kimi özünü yaxındakı göllərin birinə saldı. Karvan isə ağır – ağır uzaqlaşırdı .
 Aradan xeyli vaxt keçdi ...
 Dəvə karvanı geri qayıdırdı. Həmin göllər olan ərazidən keçəndə bir dəvə ilə rastlaşdılar. Karvan sahibi bu yerlərdə qoyub getdiyi xəstə, arıq dəvəni xatırladı. Amma bu dəvə sap – sağlam idi, dərisindən yağ damırdı. Dəvəni izləməyi qərara aldılar, gördülər ki, dəvə gündə bir neçə dəfə o yağlı göllərə girib çıxır və günün qabağında uzanır.  Karvandakı tacirlər də göllərə yaxınlaşıb göldəki yağdan götürərək əl - ayaqlarındakı yaralara çəkdilər. Yaraların tezliklə sağaldığını görən tacirlər həmin yağdan qablara doldurub öz vətənlərinə daşımağa başladılar. Neftə bənzəyən bu yağa və göllər yerləşən bu əraziyə də “ Naftalan ” yəni “neft olan sahə , yer ”adı verdilər.

 
Butun huquqlar qorunur © 2010. Mocuzeli Naftalan
AZ 4600, Azərbaycan Respublikası, Naftalan şəhəri,  Nizami Gəncəvi 20
“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi
Telefon:(+994255) 2-31-65; (+994255) 2-31-95
Faks     (+994255) 2-31-65
Direktor:(+99450) 314-36-68;  (+99455) 682-15-82
Baş həkim:      (+99450) 315-48-29
E-mail: info@az-naftalan.net; /   Skype: az-naftalan