Naftalan kurortu

kurortKiçik Qafqaz sıra dağlarının ətəklərində yerləşən, insan əli ilə salınmış yaşıllıqlar içində qərq olan Naftalan kurortu nəinki respublikamızda, onun hüdudlarından kənarda da çox məşhurdur. Hələ orta əsrlərdən bir çox xəstəliklərin müalicəsində müvəffəqiyyətlə işlədilən naftalan nefti 1935-ci ildə burada kurort şəhərinin salınmasına səbəb olmuşdur. Dəniz səviyyəsindən 220-250 metr yüksəklikdə yerləşən Naftalan kurort şəhəri 1967-ci ildən respublika tabeli şəhər statusu almışdır. Naftalan şəhəri Bakı şəhərindən 320 km, Gəncə şəhərindən 70 km, Goran dəmiryolu stansiyasından 18 km məsafədə yerləşir.
Kurortun yayı quru, isti, qışı mülayim isti keçir. Orta illik temperatur +14*C-dir. İllik yağıntı 100-250mm təşkil edir. Küləklər əsasən şimal-qərb istiqamətlidir. Kurort iynəyarpaqlı ağaclardan ibarət parkla əhatə olunmuşdur.

 
Butun huquqlar qorunur © 2010. Mocuzeli Naftalan
AZ 4600, Azərbaycan Respublikası, Naftalan şəhəri,  Nizami Gəncəvi 20
“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi
Telefon:(+994255) 2-31-65; (+994255) 2-31-95
Faks     (+994255) 2-31-65
Direktor:(+99450) 314-36-68;  (+99455) 682-15-82
Baş həkim:      (+99450) 315-48-29
E-mail: info@az-naftalan.net; /   Skype: az-naftalan